Yuxarı

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Ramiz Mehdiyevin barəsində çıxarılan həbs qərarının üzərindən artıq bir ay keçir. Bu müddət ərzində ölkədə çox ciddi proseslər baş verib, siyasi, iqtisadi və sosial müstəvilərdə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Cəmiyyətin müxtəlif təbəqələrində hərəkətlilik müşahidə olunub, bir çox hadisələr ölkə gündəmini silkələyib. Hakimiyyətə sadiqliyi ilə tanınan, həmçinin uzun illər hazırkı iqtidarın tərkibində yer almış bəzi sabiq nazirlərin Ramiz Mehdiyevin hazırladığı iddia edilən dövlət çevrilişi planında iştirakı barədə məlumatlar yayılıb. Mehdiyevin bu əməliyyatında 50 nəfərin iştirak etdiyi deyilir. Hələlik onlardan cəmi 2 nəfərin – AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylinin adları açıqlanıb. Bütün bu gərgin fonun içində isə hələ də nə rəsmi açıqlama, nə ittiham, nə də mövqe bildirilib.

Bu səssizlik nə vaxta qədər davam edəcək?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Heydər Oğuz Ramiz Mehdiyevin törətdiyi iddia olunan cinayət əməlinin istintaqının sadəcə hüquqi məsələ olmadığını deyib.

“Bu iş hansısa bir dövlətin Azərbaycanda dövlət çevrilişi hazırlaması ilə bağlı iddiaları da ehtiva etdiyinə görə istintaq zamanı geosiyasi proseslər nəzərə alınmalıdır. Çünki qarşımızda beynəlxalq hüquq tanımayan, region ölkələrindən nəsə uman Rusiya kimi bir nəhəng var. Kreml müstəqilliyini elan etmiş postsovet ölkələrinə belə, özünün “arxa bağçası” kimi baxır, onlardan imperiya dəyərlərinə hörmət gözləyir. Bir növ əhatə olunduğu coğrafiyaya özünün bufer zonası kimi baxır. Öz absurd maraqlarına uyğun olmayan addımların qarşısını zorla, hərbi yolla almağa çalışır. 4 ildir davam edən Ukrayna savaşı bu səbəbdən uzandıqca uzanır. Hətta müharibənin nə zaman bitəcəyini müəyyənləşdirmək olmur. Sözsüz ki, Azərbaycan da Ukrayna proseslərindən dərs almağa, şimal qonşusu ilə dil taparaq məsələləri yoluna qoymağa can atır. Moskvanın ölkəmizi hansı basqılara məruz qoyduğunu heç birimiz bilmirik. Ona görə də istintaqın nə vaxt bitəcəyini, kimlərin sorğulanmaya cəlb olunacağını demək çətindir”, - H.Oğuz vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, sorğulanacaq insanlar arasında müxalif camiənin aparıcı üzvləri olacaq:

“Amma fikrimcə, “ağır çəkili” şübhəlilər hakimiyyətdə yer alanlar arasından çıxacaq. Çünki müxaliflərdən fərqli olaraq, iqtidarın müxtəlif postlarında əyləşənlər proseslərə daha çox təsir etmək, ölkəni qarışdırmaq imkanına malikdirlər. Əlbəttə ki, əgər dövlət çevrilişinə cəhddən söhbət gedirsə, biz növbəti hədəfləri də əsasən hakim komanda üzvlərindən gözləməliyik”.

Tarix
2025.11.12 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla