Yuxarı

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Rusiya Azərbaycan münasibətlərində 2026-cı ildə də müsbətə doğru dəyişiklik gözləmirəm. Əlbəttə, təmaslar, ticarət və ortaq iqtisadi layihələrin müzakirəsi davam edəcək, ancaq siyasi ab-hava dəyişməyəcək. Söhbət yalnız mülki təyyarəmizin raketlə vurulmasına görə gərginləşən münasibətlərdən getmir. Cənubi Qafqazda geosiyasi durum dəyişib, Azərbaycan Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa çalışır, Ermənistan hökuməti də eyni yola üstünlük verir. Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu prosesi daha da sürətləndirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 2026-cı ildə Ermənistanda terror və hərbi çevriliş baş verməsə, Nikol Paşinyanın lideri olduğu partiyanın yenidən parlament seçkisində qələbə çalmaq ehtimalı yüksəkdir:

“Seçkidən sonra yeni Konstitusiyanın qəbulu Azərbaycanla sülh sazişinin imzalanmasına şərait yaradacaq, üstəgəl “Tramp yolu”nun tikintisinə də başlanacaq. Yolun Donald Trampın ABŞ-da prezidentlik müddətinin bitməsinə qədər işə düşməsində fayda var.

Vaxtilə Cənubi Qafqaz ölkələrindən Gürcüstan Qərblə daha sıx əlaqələr qurmuş, Rusiyadan uzaqlaşmışdı. İndi isə tərsindədir, Azərbaycan və Ermənistan Rusiyadan məsafə saxlayaraq, Qərbin siyasi, iqtisadi və təhlükəsizlik institutlarıyla sıx əməkdaşlığa çalışır, Gürcüstan isə əksinə, bu qurumlardan uzaqlaşaraq Rusiyanın gizli tərəfdaşına çevrilməkdədir. Halbuki Gürcüstan hökuməti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib. Ancaq bu, üzdə olan siyasətdir, alt qatda Gürcüstan hökuməti Moskva ilə münasibətlərdə tərs düşəcək addımlar atmır və bu siyasət Kremli məmnun edir. Bu, əsas pullarını Rusiyada qazanan gürcü oliqarx Bidzina İvanişvilinin hökumətə nəzarət etdiyi dövrə qədər davam edəcək”.

E.Şahinoğlu cənub qonşumuzla əlaqələrə də diqqət çəkib:

“2026-cı ildə Azərbaycanla İran arasındakı münasibətlər bu il olduğu kimi ikili xarakter daşıyacaq. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla tərəfdaşlığa üstünlük verməsiylə yanaşı, qonşu ölkənin mühafizəkar dairələrinin antiazərbaycan siyasətində dəyişiklik olmayacaq. Halbuki mühafizəkarları ölkədə ağırlaşan sosial problemlər və gələn il İsrailin növbəti dəfə İrana hücumunun qarşısını necə alacağı düşündürməlidir. Qonşuluğumuzda müharibə ehtimalı yüksəkdir”.

Tarix
2025.12.31 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla