Yuxarı

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi Gevorq Sujyan sosial media hesabında paylaşım edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb.

“Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl abidələr inşa edəcəyəm. Onlara cavab olaraq, müdrikliklə gülümsəyəcəyəm. Hətta məni “dəli” adlandırsalar belə, yenə eyni müdrik təbəssümlə gülümsəyəcəyəm. Çünki bilin ki, dünyanı irəli aparan məhz dəlilərdir”, - Sujyan qeyd edib.

Xatırladaq ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslər Gevorq Sujyan, David Davtyan, Vigen Euljekyan və Vaqif Xaçatryan dünən Ermənistana təhvil verilib. Proses Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əməli nəticəsi kimi həyata keçirilib.

Tarix
2026.01.15 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla