Yuxarı

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

Fransa Azərbaycanın NATO ilə yeni "Fərdi Tərəfdaşlıq Proqramı"na (FTTP) razılıq verməyib.

Axar.az Bakupost-a xəbər verir ki, bu barədə “Politiko” NATO diplomatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Fransa Azərbaycanda “Fransa vətəndaşının həbs olunmasını əsas gətirərək (söhbət böyük ehtimalla Martin Rayandan gedir - red.), Bakı ilə yeni tərəfdaşlıq proqramı üzrə razılaşmanı bloklayıb.

Məlumatda vurğulanıb ki, Fransanın mövqeyinə cavab olaraq, Türkiyə Azərbaycanla həmrəyliyini nümayiş etdirib və tərəfdaşlıq proqramını Ermənistanla ayrıca təsdiqləməyə razılıq verməyib.

Nəticədə, Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərini tənzimləyən iki sənədin təsdiqlənməsi bir ildən çoxdur ki, təxirə salınıb.

“Politiko”ya danışan Türkiyə rəsmisi bildirib ki, Ankara həm Azərbaycan, həm də Ermənistanla bağlı sənədləri eyni vaxtda təsdiqləməyə hazırdır.

NATO rəsmisi qeyd edib ki, alyans həm Azərbaycan, həm də Ermənistanla geniş əməkdaşlıq edir, o cümlədən müdafiə planlaşdırması, təlimlər və hibrid təhdidlərə qarşı mübarizə aparır və hər iki tərəfdaşlıq proqramını inkişaf etdirməyə hazırdır.

Xatırladaq ki, Prezident İlham Əliyev 23 sentyabrda əfv sərəncamı imzalayıb. Bu sərəncama əsasən, casusluqda ittiham edilərək həbs olunan Fransa vətəndaşı Martin Rayan əfv edilib. M.Rayan əfv ediləndən dərhal sonra Fransaya yola salınıb.

Bir sıra beynəlxalq media qurumları Martin Rayanın həbsdən azad edilməsini Fransa hökumətinin AB və Azərbaycanla məxfi danışıqlarının nəticəsi hesab edirlər. Belə ki, Fransa özbək milyarder Əlişir Usmanovun üzərindən AB sanksiyalarının qaldırılmasına nail olub. Martin Rayanın əfv olunmasından cəmi bir gün əvvəl Avropa Birliyi Əlişir Usmanovu sanksiya siyahısından çıxarıb.

Fransa Xarici İşlər Nazirliyi Rayanın əfv edilməsini iki ölkə arasında aparılan "səbirli və tələbkar dialoqun" nəticəsi və "humanitar jest" kimi qiymətləndirib, həmçinin son illərdə Ermənistana verilən dəstək səbəbindən gərginləşən Fransa-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm bir addım kimi qəbul etdiyini bildirib.

Tarix
2026.10.04 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla