Yuxarı

Fətullah Gülənin Azərbaycandakı adamı danışdı – Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fətullah Gülənin Azərbaycandakı adamı danışdı – Eksklüziv

"Bu, tamamilə yalan xəbərdir və uydurmadan başqa bir şey deyil. Bununla bağlı sizə vəkilim vasitəsilə yazılı açıqlama yollayacağam".

Bu sözləri "Axar.az"a açıqlamasında Çağ Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərən dedi və bildirdi ki, onun yazdığı iddia edilən məktubla bağlı prokurorluğa müraciət edəcək:

"Haqqımda saxta sənəd düzəldildiyinə görə prokurorluğa müraciət edəcəyəm. Bu sənədi sizə kim yollayıbsa, onları müəyyən etmək artıq prokurorluğun işidir".

Çağ Öyrətim İşlətmələrinin rəhbəri bildirdi ki, Azərbaycanı Türkiyədə gedən proseslərə qatmaq istəyənlər var və Azərbaycan diqqətli olmalıdır:

"Fətullah Gülən xoca əfəndinin təhsilə qiymət verən, dünyanın 160 ölkəsindən çoxunda təhsil müəssisələri olan bir insan olmasını hər kəs bilir. 160 ölkədə fəaliyyət göstərən bu təhsil müəssisələrinin bütün fəaliyyəti həmin dövlətlərin məlumatları əsasında gerçəkləşir. Hər kəs tərəfindən tanınan şəxsiyyətdir. Fətullah Gülən xoca əfəndinin adını qaralamağa çalışanlar var. Bunlar Türkiyədə gedən proseslərdə də özünü göstərir. Azərbaycan və Türkiyə arasındakı qardaşlığı pozmaq, Azərbaycanı Türkiyədə gedən olayların içərisinə çəkmək istəyirlər. Bu baxımdan Azərbaycan diqqətli olmalıdır. Türkiyə öz daxilində bu məsələni hüquqi müstəvidə həll edəcək".

"Axar.az"a danışan Ənvər Özərən Fətullah Gülənlə əlaqələrinin hansı formada olmasından da bəhs etdi:

"Fətullah Gülən xoca əfəndi ilə o cür telefon danışıqları və yazışmalar heç bir zaman olmayıb. Bizim o cür danışıqlarımızın və məktublaşmalarımızın olmasını iddia edənlər şər atırlar. Fətullah Gülən xoca Azərbaycanla bağlı hər zaman müsbət şeylər düşünən, onun dərdinə yanan insandır. 20 Yanvar hadisələri zamanı bunu dünyaya eşitdirən insan da Fətullah Gülən olub. İddia edilənlərin hamısı yalandan ibarətdir".

Xatırladaq ki, bu gün "Axar.az" olaraq Çağ Öyrətim İşlətmələrinin rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən və ciddi rezonans doğuran məktubunu yayımlamışıq.

Tarix
2014.03.03 / 17:52
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla