Yuxarı

Bakının bunu etməsi böyük hadisədir - Subari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bunu etməsi böyük hadisədir - Subari

Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri və Xalqın Gücü Partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı məsələləri şərh edərkən deyib.

"Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və böyük hadisədir. Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir", - vitse-spiker vurğulayıb.

Zəngəzur dəhlizindən danışan danışan Sozar Subari vurğulayıb ki, marşrutun başlıca məqsədi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır.

Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.

Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Bu cür layihələr Gürcüstanın tranzit rolunu gücləndirir, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.

Tarix
2026.01.24 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla