Yuxarı

Lənkəranski xəstəxanada vəfat etdi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranski xəstəxanada vəfat etdi - Yeniləndi

11:54

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumata görə, Lənkəranski bu gecə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Rövşən Lənkəranskinin yaxın qohumu, millət vəkili Fəzail Ağamalı bizimyol.info-ya açıqlamasında qətl xəbərinin doğru olduğunu qeyd edib.

"Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa, öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi".

***

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib:

"Xəstə hazırda reanimasiyadadır. Ona lazımi tibbi xidmət göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Bu dəqiqələrdə yaxınları xəstəxanadadır".

Qeyd edək ki, R. Lənkəranskinin əsl soyadı Canıyevdir. Lakin İtaliya interpolu onun barəsində axtarış elan etdiyi üçün, hazırda Türkiyədə Rövşən Əliyev ad-soyadı ilə yaşayır. Və o, bu soyadla iki dəfə Ukraynada saxlanılaraq deport olunub.

***

İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.

APA-nın əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.

***

Şişli Etfal Xəstəxanasının qəbul şöbəsindən Teleqraf.com-a bildirilib ki, Rövşən Lənkəranski yaşayır, lakin hazırda reanimasiya şöbəsinə yerləşdirilib və ciddi həkim nəzarətindədir.

Qəbul şöbəsinin xanım əməkdaşı deyib ki, hazırda Lənkəranskinin yanında kimlərin olduğu məlum deyil:

"Yanında kimlərin olduğunu bilmirəm. Lakin həkimlər məlumat vermirlər. Mən Azərbaycanın Konsulluğuna da xəbər verdim, gəlib buradan informasiya ala bilərlər. Yəqin ki, konsulluqdan bura gələcəklər. Hazırda Rövşən bəy yaşayır və həkim kontrolundadır".

Xəstəxanadan bildirilib ki, Lənkəranskinin qardaşının orada olması haqda onlarda informasiya yoxdur: "Bu haqda bilmirəm. Mən yerimdən ayrıla bilmərəm. Reanimasiya ilə əlaqə saxladım və mənə Rövşən bəyin yaşadığını dedilər. Həkimlər telefonda məlumat vermirlər".

***

Mən Rövşən bəyin tibb bacısıyam. Hazırda yanındayam, onun vəziyyətinə nəzarət edirəm. Narahat olmayın, o yaşayır, öldüyü ilə bağlı xəbərlər yalandır. Rövşən bəyin ailəsi, yaxınları da hazırda buradadırlar. Biz xəstə üçün lazım olan hər şeyi edirik.

Bu fikirləri Sputnik-ə, Rövşən Lənkəranskinin reanimasiyaya yerləşdirildiyi İstanbul Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinin tibb işçisi məlumat verib.

Tibb bacısı deyib ki, xəstənin vəziyyəti ilə bağlı telefonla məlumat vermək xəstəxananın qaydalarına ziddir. "Onun vəziyyəti barədə hazırda xəstəxanada olan yaxınlarına bilgi verilir. Yalnız onu deyə bilərik ki, xəstəmiz sağdır, yaşayır, onun öldüyü barədə xəbərlər həqiqətə uyğun deyil".

***

Lənkəranski xəstəxanada vəfat etdi

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

APA xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.

R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

Tarix
2016.08.18 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla