Yuxarı

FHN-in nümayəndəsi SADMİAK-da iştirak etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in nümayəndəsi SADMİAK-da iştirak etdi - Foto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi rəisinin birinci müavini polkovnik-leytenant Əsmər Salamova Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi İdarəetmə İnstitutunda təşkil olunan “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nda (SADMİAK) iştirak edib.

Axar.az xəbər verir ki, kursun keçirilməsində əsas məqsəd milli müdafiə təhlükəsizliyinin gücləndirilməsi, strateji planlaşdırmanın dərinləşdirilməsi, həmçinin bu sahədə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi olub.

Kursda Azərbaycan Ordusunun və müxtəlif dövlət orqanlarının yüksək rütbəli və vəzifəli şəxsləri, habelə Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri təhsil alıbar.

5 ay müddətində təşkil olunan kursda “Beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik və xarici siyasətin əsasları”, “Strategiya və müdafiə planlaşdırmasının əsasları”, “Dövlət müdafiəsinin idarə edilməsinin əsasları” və “Müdafiə resurslarının idarə edilməsinin əsasları” akademik fənləri tədris olunub. Nəzəri mövzuların yekununda müvafiq sahədə aparıcı dövlət qurumlarına, strateji obyektlərə səfərlər təşkil olunub.

Kursun tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov "Azərbaycan Respublikasında mülkü müdafiənin təşkili və idarə edilməsi" mövzusunda mühazirə oxuyub, Mülki müdafiə qoşunlarının komandanlığına səfər təşkil olunub.

Kursun sonunda C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən mərasimdə məzunlara təhsil haqqında sənədlər təqdim olunub.

Tarix
2026.02.09 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla