Yuxarı

Səfirliyimizin atəşə tutulmasına İlham Əliyevdən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirliyimizin atəşə tutulmasına İlham Əliyevdən reaksiya

Azərbaycanın Kiyevdəki səfirliyinin Rusiya tərəfindən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.

Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub:

"Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəliklərinin, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını verdik. Ondan sonra iki hücum oldu. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücumdur".

Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib:

"Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik".

Tarix
2026.02.14 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla