Yuxarı

Mehdiyev işində məni ən çox yandıran, əzən odur ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev işində məni ən çox yandıran, əzən odur ki...

Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil. Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük. 5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılması idi…

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkə hesabında qeyd edib.

O, AMEA prezidenti İsa Həbibbəylidən də söz açaraq, onu R.Mehdiyevin “sənət əsəri” adlandırıb:

“Hazırkı Akademiya prezidenti İsa Həbibbəylinin şeirləri və traybozavr sifətinin ifadəsinə diqqət çəkəndə anlayırsan ki, Mehdiyev hələ də sağdır, ölməyib, kürsüdən salınmayıb. İsa Həbibbəyli Mehdiyevin ən böyük sənət əsəridir, “mehdiyevşina”nın canlı nümunəsidir. Mehdiyev yenilməyib və sağdır! Əks halda İsa Həbibbəyli kimi Şarikov necə Akademiya prezidenti ola bilər?! Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır. Elmin cəsədi ortada, Həbibbəyli isə rəqs edir. İsa bilsəydi ki, Həbibbəyli onun adını daşıyacaq…"

Tarix
2026.02.16 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla