Yuxarı

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

İsrail istehsalı olan və Azərbaycanın İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın “Davaro” şirkətinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop” dronlarına oxşarlığı vurğulanıb. Məsələ burasındadır ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərisində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələr də mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan və Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin Baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu arada, Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir.

İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfdaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər. “Quql” şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərinin də bu bazara diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Eynilə İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib.

Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı, süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür”, - deyə ekspert əlavə edib.

Tarix
2026.02.17 / 16:15
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla