Yuxarı

Azərbaycana civə gətirən gürcünün işi geri qayıtdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana civə gətirən gürcünün işi geri qayıtdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyadan Azərbaycana qaçaq yolla civə gətirməkdə təqsirləndirilən Durmuşxan Çumanidzenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası təxirə salınıb.

Dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsini, işin prokurorluğa qaytarılmasını istəyib.

Prokuror deyib ki, istintaq zamanı kobud pozuntulara yol verilib.

Dövlət ittihamçısı bildirib ki, ittiham aktına görə, Durmuşxan Çumanidze 628,5 qram civəni satış məqsədi ilə saxlamaqda və qaçaqmalçılıqda təqsirləndirilir.

"Zəhərli maddələrin külli miqdarı qanunla müəyyən olunub. Lakin civənin külli-miqdarını müəyyən etmək mümkün deyil. Durmuşxan Çumanidze 12 aprel 2015-ci ildə civəni əldə edib, 15 apreldə Azərbaycana keçirərkən saxlanılıb. Həmin qanun da 2015-ci ilin aprelin 23-də təsdiqlənib. Qanunun geri şamil olunduğunu nəzərə alaraq, şəxsin müdafiə hüququnun pozulduğunu, daha ağır maddələrlə ittiham edildiyini deyə bilərəm. Həmçinin, belə pozuntuların olduğu ittihamı müdafiə edə bilmərəm. Təqsirləndirilən şəxs heç nədə ittiham olunduğunu da bilmir. Xahiş edirəm, cinayət işinə baxılmasına xitam verilsin və prokurorluğa qaytarılsın"-deyə prokuror bildirib.

Təqsirləndirilən D.Çumanidze və vəkili vəsatəti müdafiə edib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Cinayət işinə baxılmasına xitam verilib və iş təkrar araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.

D.Çumanidzenin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti sentyabrın 15-də bitdiyi üçün 1 ay da uzadılıb.

Qeyd edək ki, əslən gürcü olan Qazaxıstan vətəndaşı D.Çumanidze Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə civə gətirməkdə ittiham edilir.

O, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 240.3.2-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma; külli miqdarda olduqda) maddələri ilə təqsirləndirilir.

Tarix
2016.09.02 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla