Yuxarı

Lənkəranskini öz şəxsi killeri öldürüb – Növbəti fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranskini öz şəxsi killeri öldürüb – Növbəti fakt

Rövşən Lənkəranskini ən yaxın adamı və killerinin öldürdüyü barədə növbəti iddia irəli sürülb.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, Türkiyə mediası Rövşən Lənkəranskinin sağ əli Hacı Beyləqanskinin qətllə bağlı şübhəli hərəkətlərini bir daha gündəmə gətirib. Özəl mənbələrin məlumatı əsasında yayılan xəbərdə bildirilib ki, kriminal aləmdə Hacı Beyləqanski ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı Rövşənin yerinə keçmək üçün ona sui-qəsd təşkil edib.

İddiaya görə, Rövşənin Beşiktaşdakı oteldə iştirak etdiyi toplantını məhz Hacı Beyləqanski təşkil edibmiş, hətta şübhə yaratmamaq üçün silahlı şəxslərə atəş də açıbmış. Lakin istintaq nəticəsində həqiqət ortaya çıxıb.

Kamera görüntülərindən bəlli olub ki, Hacı Beyləqanski sui-qəsdçilərə atəş açsa da, onların heç birini vurmayıb. Bu isə polisi şübhələndirib. Rusiyada 5, Azərbaycanda isə 1 cinayətə görə axtarışda olan kriminal avtoritetin Rövşəni öldürən killerləri isə Qırğızıstana qaçıb.

Hacı Beyləqanskinin adı Rövşən Lənkəranskinin sifarişi ilə bir neçə səs-küylü qətl törətməkdə hallanıb.

Xatırladaq ki, Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən 4 nəfər - Tahir C., Hacıbaba.T. (Hacı Beyləqanski), Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb.

Məhkəməyə göndərilən işin istintaqı zamanı bəzi məqamlar üzə çıxmışdı və media ilk dəfə onda Hacı Beylənqaskinin adını Lənkəranskinin qətlində əsas fiqur kimi hallandırmışdı. Polisin məlumatına görə, 2013-cü il avqustun 18-də Başakşehirdə öldürülən Əlibaba Həmidovun ("Qoca" ləqəbli azərbaycanlı avtoritet) qətli ilə bağlı Rövşən Lənkəranski və Hacı Beyləqanski İstanbul polisi tərəfindən axtarılırmış.

Tarix
2016.09.06 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla