Yuxarı

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada həmçinin qeyd olunub: “Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur.

Bildiririk ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik”.

Tarix
2026.04.10 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla