Yuxarı

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Daxil olan vətəndaş müraciəti əsasında Binəqədi rayonu, B.Atakişiyev küçəsi, 5 ünvanında yerləşən, fiziki şəxs Heydər Dağlar oğlu Heydərliyə məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, baytarlıq-ekspertiza sənədləri olmayan balıq məhsullarından istifadə edildiyi, qida məhsullarının və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlandığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin sağlamlıq arayışlarının mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb. Suşi məhsullarından nümunələr götürülərək mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Tarix
2026.04.15 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla