Yuxarı

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

Hikmət Hacıyev bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır:

“Uzunmüddətli perspektivdə regionda sülh və təhlükəsizliyi təmin edəcək yeni regional təhlükəsizlik arxitekturası qurulur. Gələcəyə baxaraq, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq imkanlarının genişləndiyi inklüziv Cənubi Qafqaz regionunu görürük”.

Tarix
2026.04.17 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla