Yuxarı

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

İranın ABŞ-la İslamabadda ikinci görüşdən imtina etməsi müharibəni davam etdirmək istəyi yox, Vaşinqtonu dəniz blokadasından imtina etməyə məcbur etməyə hesablanıb. Bu, Tehranın ikinci cəhdidir.

Birinci cəhd atəşkəs razılaşmasının Livana da aid edilməsi idi.

Tehran atəşkəsin əldə olunmasından sonra Livanda Hizbullaha qarşı hücumların dayandırılması tələbini irəli sürdü və buna müəyyən qədər, ən azı qısa müddətə də olsa, nail oldu. İsrail və Hizbullahın praktiki müstəvidə anlaşmaya riayət edəcəyi sual altında olsa da, İran üçün məsələ diplomatiyada önə çıxmaq idi.

İkinci cəhd növbəti görüşlə bağlı irəli sürdüyü şərtdir: Vaşinqton Hörmüzün blokadasını qaldırmadığı müddətdə boğazdan keçid problemli olaraq qalacaq və Tehran danışıqlarda iştirak etməyəcək.

Vaşinqtonun atəşkəs naminə Livan şərtini qəbul etməsi Tehranı Hörmüz tələbini də irəli sürməyə sövq edir və İranda xüsusilə sərt xəttin tərəfdarları – SEPAH hesab edir ki, mövcud situasiya onların xeyrinədir və ikinci cəhddə də nəticə əldə edə bilərlər.

Mövcud şərtlər ABŞ-ı çətin vəziyyətə salır. Çünki iki həftəlik atəşkəs razılaşmasının bitməsindən sonra Vaşinqton seçim etməlidir:

- Tramp yenidən “bombalamaq”la təhdid edir, lakin bu, Tehranın danışıqlara gəlməsi və razılaşması üçün edilən xəbərdarlıqdır, reallıqda isə yeni hücumların hədəflərə çatmaqda effektiv olacağı ehtimalı zəif görünür: infrastrukturun dağıdılması belə rejimi təslim olmağa sövq etməyəcək;

- Hörmüzün blokadasının davam etdirilməsi: bu, nəzərə baxımdan effektiv addımdır, lakin praktikida çətinliklər də var; İran blokadaya cavab olaraq, Hörmüzdən keçidə maneələri davam etdirəcək və proses uzun müddət davam edərsə, enerji bazarında vəziyyət nəzarətdən çıxa bilər;

İran bu situasiyanı xeyrinə çevirmək, ABŞ-ı dəniz blokadasına son qoymağa məcbur etmək niyyətindədir. Yaxud ən azından danışıqların prosesinin inkişafını müəyyənləşdirmək təşəbbüsünü ələ almaq istəyir. Yenidən hücum riskinə rəğmən, İranın danışıqlardan imtina etməsini bu cür oxuya bilərik.

ABŞ-ın mümkün gedişi genişmiqyaslı hücumları bərpa etmək yox, İran gəmilərini “ovlamaq” ola bilər. Dünən İran gəmisinə edilən hücum da buna hesablanmışdı və danışıqlardan imtina edən Tehrana təzyiq xarakteri daşıyırdı. İranın İslamabad görüşündən imtina etməsi öncə rəsmi formada elan edilməsə də, rejimin informasiya resurslarında – İRNA, İRİB və s. yayıldı, ABŞ da gəmiyə hücumla cavab verdi. İstisna deyil ki, analoji addımlar genişləndirilmiş formada davam edə bilər, çünki hər iki tərəf diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək üçün mümkün rıçaqlardan istifadə edir. Məqsəd genişmiqyaslı müharibədən qaçmaqdır, lakin kifayət qədər kövrək olan situasiya toqquşma riskini artırır.

Tarix
2026.04.20 / 16:21
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla