Yuxarı

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

Expressbank və Expresspay əməkdaşları üçün Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.

Tədbir Azərbaycan Autizm Assosiasiyasının dəstəyi ilə, “Autizm aylığı” çərçivəsində baş tutub.

Tədbirdə Assosiasiyanın vitse-prezidenti Sona Əliyeva, sədri Elnur Məmmədli, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, teleaparıcı Ürfan Məmmədli və İdman direktoru İlham Osmanlı iştirak ediblər.

Tədbir çərçivəsində Assosiasiyanın İdman direktoru İlham Osmanlı tərəfindən Expressbank əməkdaşları üçün cəmiyyətdə autizmli şəxslərlə davranış etikası mövzusunda seminar tədris edilib. Seminar zamanı autizmli şəxslərlə ünsiyyətdə həssas yanaşmanın vacibliyi, onların fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılması və inklüziv mühitin formalaşdırılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub, iştirakçıların sualları cavablandırılıb. Tədbir interaktiv formada təşkil olunub və iştirakçılar mövzu ətrafında aktiv müzakirələr apararaq öz fikirlərini bölüşüblər.

Daha sonra autizm spektr pozuntusu ilə bağlı ümumi maarifləndirici təqdimat keçirilib, iştirakçılara bu sahədə əsas anlayışlar, artım statistikası və yanaşmalar izah olunub.

Qeyd edək ki, bu təşəbbüs Expressbankın inklüziv cəmiyyətin formalaşdırılmasına verdiyi önəmin növbəti nümunəsidir. Bank sosial məsuliyyət çərçivəsində bu kimi layihələri davamlı şəkildə dəstəkləyərək, cəmiyyətdə fərqliliklərə hörmət və bərabər imkanların təşviqinə töhfə verməyi diqqətdə saxlayır.

Bu, Bankın təşəbbüsü ilə baş tutan, inklüzivliyi dəstəkləyən növbəti tədbir olmaqla yanaşı, Expressbankın bu istiqamətdə təşəbbüslərə dəstək göstərməkdə davamlı olduğunu nümayiş etdirir. Belə ki, ötən il Bank Daun sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə onların iş mühiti ilə tanışlığı üçün onları Baş ofisində qonaq edib.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

Tarix
2026.04.20 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla