Yuxarı

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

09:35

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.

Axar.az xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə aprelin 14-də Azərbaycandan Ermənistana 1 298 ton dizel daşıyan 22 ədəd çən vaqon yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Tarix
2026.04.21 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla