Yuxarı

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Azərbaycan Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır.

"Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir", - o vurğulayıb.

Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb.

"Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür", - Baş nazir qeyd edib.

O əlavə edib ki, ölkə bu vəzifələrin həllinə sistemli yanaşır, iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdıraraq, "yaşıl" enerjiyə keçidə və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.

Ə.Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonalarının" yaradılmasına da xüsusi diqqət yetirilir, burada hidroenergetika sahəsində layihələr fəal şəkildə həyata keçirilir.

Tarix
2026.04.22 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla