Yuxarı

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

Robert Köçəryan, Qagik Sarukyan və ya Samvel Karapetyanın Ermənistanda hakimiyyətə gəlişində maraqlı olan Rusiya yeni müharibədə də maraqlıdır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan deyib.

Deputatın sözlərinə görə, Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyətlərindən sonra Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi qalxıb, dünya ölkəyə maraq göstərməyə başlayıb:

“Bu gün isə Ermənistana investisiya qoyuluşundan danışılır, bura gəlirlər, çünki müharibə və təhlükə yoxdur, hər şey yeni başlayır. Lukaşenko bizi dövlət hesab etmirdi, deyirdi ki, ermənilər əlimizdən hara qaçacaqlar, gedəcəkləri yer yoxdur. Amma indi müstəqilik, ruslar bizi nə qədər qorxutsalar da, öz yolumuzla gedə bilirik”.

Melkonyan qeyd edib ki, Rusiya öz məqsədləri naminə Ermənistanı qonşu ölkələrlə düşmən edib:

“Ermənistan liderləri düşünürdülər ki, Rusiya bizim “atamızdır”. Amma artıq bu “atalıq” bitir. Medvedyev bütün günü içib bu barədə danışır. Əgər bizim üzümüzü görmək istəmirlərsə, qoy görməsinlər, ticarət etmək istəmirlərsə, qoy etməsinlər”.

Hakim partiyanın üzvü əlavə edib ki, rusiyalı oliqarx, Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyan heç vaxt Rusiyanın maraqlarından imtina etməyəcək, çünki onun bütün var-dövləti oradadır:

“Onlar bizim əyalət olmağımız və boyunduruq altında qalmağımız üçün Rusiya uğrunda vuruşurlar. Əgər Robert Köçəryan, Samvel Karapetyan və ya Qagik Sarukyan hakimiyyətə gəlsə, Rusiya yenidən Ermənistan və Azərbaycan arasında müharibə başladacaq. Xalq Köçəryana nifrət edir, ondan iyrənir, geriyə yol yoxdur. Xalq bizə (Nikol Paşinyan və partiyasına) səs verəcək ki, sülh olsun, əks halda bir gün Larsı, bir gün isə qaz kəmərini bağlayacaqlar”.

Tarix
2026.05.06 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevi doğum günü münasibətilə təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla