Yuxarı

MŞ mitinqlə bağlı məlumat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MŞ mitinqlə bağlı məlumat yaydı

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu Müsavat Partiyasının metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Axar.az xəbər verir ki, monitorinq zamanı əsasən kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılmış şərait nəzərdən keçirilib. Mövcud istiqamətdə hər hansı nöqsan qeydə alınmayıb.

İkinci diqqət yetirilən cəhət jurnalistlərin maneəsiz şəkildə peşə vəzifələrini icra etmələri olub. Bununla əlaqədar da hər hansı problem olmayıb. Aksiyanı işıqlandıran media nümayəndələrindən monitorinq qrupunun üzvlərinə müraciət edilməyib.

Monitorinqdə həmçinin jurnalistlərin üzərində "PRESS" yazılmış xüsusi gödəkcələrdə olmalarına diqqət yetirilib. Bu baxımdan vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, mitinqi işıqlandıran media təmsilçilərinin çox az qismi aksiya iştirakçılarından fərqlənib.

Mətbuat Şurası bildirir ki, jurnalistlərin üzərində "PRESS" yazılmış xüsusi gödəkcələrdə olmaları yarana biləcək hər hansı xoşagəlməz durumda onların hüquqlarının müdafiəsi baxımından vacib məqamdır. Buna görə də Şura KİV rəhbərlərini mitinqlərə və digər kütləvi aksiyalara əməkdaş göndərərkən məsələyə diqqət yetirməyə çağırır.

Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkcələrin hazırlanmasına başlayıb. Yaxın zamanlarda həmin gödəkcələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.

Tarix
2016.09.19 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla