Yuxarı

İtaliya mediası: "Bakının minlərlə siması..." - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya mediası: "Bakının minlərlə siması..." - Foto

İtaliyanın "Turistipercaso" jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu "Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə siması" adlı məqalə yayılıb. Məqalədə italyan jurnalist Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlar haqqında məlumat verir.

Axar.az xəbər verir ki, Marko Lakonetti müxtəlif vaxtlarda Bakıya səfərindən söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşdiyini diqqətə çatdırır. Jurnalist 2012-ci ildə Bakıya etdiyi ilk səfəri haqqında təəssüratlarını oxucularla bölüşür. 2016-cı ildə şəhərə növbəti səfərini edən italiyalı jurnalist müşahidə etdiyi inkişaf haqqında məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir.

Bakı memarlığından söz açan müəllif burada barrokko və neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni hava limanı, "Alov qüllələri" haqqında məlumat verir. Vurğulayır ki, Bakının nəfis memarlıq abidələri, gözəl binaları şəhərin simasını çox qısa bir zamanda dəyişib. Ölkədəki inkişafın canlı şahidi olan Marko Lakonetti Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyini vurğulayır.

Jurnalist, eyni zamanda, Bakı şəhərinin turistik imkanları haqqında geniş məlumat verir.

Tarix
2016.09.19 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla