Yuxarı

“Ömərov İTV-də çox iş gördü, Cəmil Quliyev isə…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ömərov İTV-də çox iş gördü, Cəmil Quliyev isə…”

"İsmayıl Ömərov ciddi işlər gördü, televiziyanı qurdu, maraqlı proqram formatları ortaya qoyuldu".

Axar.az xəbər verir ki, bu sözləri İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının sədri Cahangir Məmmədli Teleqraf.com-a verdiyi geniş müsahibəsində deyib. YŞ sədri qeyd edib ki, İsmayıl Ömərovdan sonra İTV-yə baş direktor gələn Cəmil Quliyevin rəhbərliyi dövründə kanalın rəngarəngliyinin azaldığı barədə deyilənlər doğru deyil:

"İndi də ciddi verilişlər var. Srağagün milli musiqi günü idi, İTV yeni formatda veriliş hazırladı, "Ötən günlər" efirə çıxdı və veriliş başdan-ayağa Üzeyir Hacıbəylinin musiqisi, yaradıcılığı və şəxsiyyətinə həsr olundu. İTV-də analitik proqramlar da az deyil. Cəmil Quliyev yaradıcı adamdır, yaxşı rejissordur, bircə dəfə studiyaya baxan kimi 50 dəyişiklik edir. Cəmil Quliyev həm də yaxşı insandır, böyük mədəniyyət sahibidir.

Onu inkar etmək, onun mədəniyyəti qarşısında saymamazlıq yaxşı düşməz. Cəmil Quliyevin atası da möhtəşəm televiziyaçı idi, özü də televiziyanı yaxşı bilir".

Tarix
2016.09.20 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla