Yuxarı

Litvalı jurnalistlər cəbhədən yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litvalı jurnalistlər cəbhədən yazdı - Foto

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt" internet portalının redaktoru Audris Antanaytis və portalın fotoqrafı Arunas Sartanaviçus cəbhə bölgəsində yerləşən Tərtər rayonunda lentə aldıqları videomaterialı paylaşıblar.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Axar.az-a bildirilib ki, xarici jurnalistlər rayonun Şıxarx qəsəbəsində və Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, müharibənin viran qoyduğu evlər və infrastrukturla yaxından tanış olublar. Litvalı jurnalistlər, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına da baxıblar.

Xatırladaq ki, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi və onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə nəticələnib. Tərtər Həsənqaya kənd icra nümayəndəliyinin rəhbəri İlqar Qasımov litvalı jurnalistlərə məlumat verib ki, ermənilərin Qarabağa gəlmə olduqları tarixçilərin tədqiqatlarında da öz əksini tapıb. Tərtərdəki "Marağa – 150" abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir. Abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa – 150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.

Tarix
2016.09.21 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla