Yuxarı

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Paşinyanın seçkiyə bir neçə gün qalmış Ərdoğanla telefon danışığının arxa planında dayanan səbəblər maraqlıdır. Bu zəng rəsmi Ankara üçün Ermənistan hakimiyyətinə dəstəyini nümayiş etdirmək, Paşinyan üçün isə seçki kampaniyasında irəli sürdüyü “sülh və normallaşma” proqramının praktiki icrası hesab oluna bilər.

Hərçənd, Ərdoğanla danışmaq müxalifətin Paşinyanın əleyhinə apardığı “Türkiyə ilə münasibətlərin qurulması naminə “erməni soyqırımı”ndan imtina” təbliğatını gücləndirən amildir. Seçkiyə sayılı günlər qalmış bu təbliğatı əsaslandıran “arqumentin” verilməsi hakim partiyaya sərf etməsə də, Paşinyanı Ərdoğanla təmasa keçməyə məcbur edən amil Rusiyanın Ermənistana qarşı iqtisadi təsir rıçaqlarını aktivləşdirməsidir. Bu kontekstdə erməni baş nazirin Türkiyə liderindən iki mümkün istəyi ola bilər:

- Türkiyə ilə normallaşma prosesinin sürətləndirilməsi, sərhədlərin açılmasının tezləşdirilməsi;

- Ermənistan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi.

Rusiyanın təzyiqi Ermənistanı alternativ imkanlar axtarışına məcbur edir. İrəvanın xilası Avropa bazarına çıxış və Qərb investisiyasının axınını təmin etməkdir, hərçənd, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Türkiyə ilə sərhədləri açmadan buna tam nail olmaq qeyri-mümkündür. Bu reallığı anlayan Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Bakı və Ankaranın timsalında regional alternativin yaradılması istiqamətində çalışır, xüsusilə Rusiyanın idxal qadağası qoyduğu məhsulların satışını müəyyən qədər də olsa, kompensasiya etmək baxımından.

Paşinyanın 7 iyundan öncə Ərdoğanla telefon söhbəti və ticarət əlaqələrini müzakirə etməsi də məhz seçkiyə hesablanıb. Çünki Rusiyanın erməni məhsullarına idxal qadağası qoyması Paşinyanı dəstəkləyən iş adamlarını tərəddüdə salıb, onlar eyni vəziyyətin seçkidən sonra da davam edəcəyindən narahatdırlar. Paşinyan iş adamlarının narahatlığını azaltmaq və seçki prosesində mümkün mövqe dəyişikliyini aradan qaldırmaq gedişi edir: Rusiyaya alternativ kimi Türkiyə bazarının açılacağını göstərir;

Paşinyan qalib gələcəyi təqdirdə Rusiyanın iqtisadi təzyiqi yumşalsa belə, Moskvanın maraqlarına zəmanətin əldə edilməsi məqsədilə müəyyən müddət davam edəcək. Azərbaycan və Türkiyə Ermənistanın prosesdən daha az zərərlə çıxmasına dəstək verə bilər. Bu, Bakı və Ankaranın regional planlarına uyğundur.

Tarix
2026.06.03 / 11:07
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla