Yuxarı

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin seçkilərdən dərhal sonra Dilicana səfərinin səbəblərinə aydınlıq gətirib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Paşinyan Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Dilicana səfərinin müxtəlif söz-söhbətlərə səbəb ola biləcəyini əvvəlcədən anladığını bildirib.

Onun sözlərinə görə, bu görüş bəzi dairələr tərəfindən 300 min azərbaycanlının Ermənistana qayıdışına hazırlıq kimi təqdim edilə bilərdi.

Bununla belə, Ermənistanın baş naziri görüşün zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, əsas məqsəd regionda müharibə risklərini idarə etmək və yeni təhlükələrin qarşısını almaq olub.

Paşinyanın sözlərinə görə, ölkədə hələ də “dənizdən dənizə Ermənistan” ideyasını dəstəkləyən və Qarabağı geri qaytarmaq istəyən qüvvələr mövcuddur. Baş nazir hesab edir ki, belə çağırışlar gələcəkdə vəziyyəti yenidən gərginləşdirə bilər.

O əlavə edib ki, Ermənistan yeni model üzrə ordu qurduğu bir vaxtda həmin qüvvələrin hakimiyyətə gəlməsi və ordunun müharibə partiyasının əlinə keçməsi ehtimalı narahatlıq doğurur.

Paşinyan məhz bu səbəbdən Azərbaycan nümayəndə heyətinin seçkilərin yekunlaşmasından dərhal sonra Dilicana səfər etdiyini bildirib.

Tarix
2026.06.17 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla