Yuxarı

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib:

"Bu gün xarici borc Azərbaycan ÜDM-in yalınız 6%-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Bizim çox məhsuldar və konstruktiv münasibətlərimiz inkişaf edib. Bu gün görüşlər ərzində bir çox sazişlər imzalanacaq ki, bu da yeni infrastruktur layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".

İlham Əliyev həmçinin vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür:

"Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur".

Tarix
2026.06.18 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla