Yuxarı

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycan son bir neçə il ərzində bir sıra sosial dəstək paketlərini həyata keçirib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

O bildirib ki, bu sosial dəstək paketləri ölkə əhalisinin 30%-dən çox hissəsini əhatə edib:

"Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi təxminən 5% civarındadır. Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır".

Tarix
2026.06.18 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla