Yuxarı

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Rəqəmsal mühitin genişlənməsi ilə paralel olaraq internet və sosial media platformalarından istifadə edənlərin sayı artır. Bu isə kiberməkanda törədilən hüquqazidd əməllərin, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı risklərin daha da aktuallaşmasına səbəb olur.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

O bildirib ki, DİN-ə daxil olan müraciətlərin əhəmiyyətli hissəsi internet və sosial media platformalarında baş verən hüquqpozmalara aiddir. Rəqəmsal mühit artıq müxtəlif növ cinayətlərin törədilməsi üçün istifadə olunan əsas platformalardan birinə çevrilib:

“Kiberməkanda dələduzluq, saxta hesablar vasitəsilə törədilən hüquqazidd əməllər, qanunsuz məhsulların, o cümlədən alkoqollu içkilərin qanunsuz satışı, müxtəlif maliyyə fırıldaqları və digər ağır cinayətlərin təşkili halları müşahidə olunur. Bu səbəbdən rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi hüquq-mühafizə orqanlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Bu məsələ yalnız hüquqi və texniki vasitələrlə həll edilə bilməz. Rəqəmsal təhlükəsizlik cəmiyyətin bütün təbəqələrinin, dövlət qurumlarının, ailələrin, təhsil müəssisələrinin, media subyektlərinin və rəqəmsal platformaların birgə məsuliyyətini tələb edir”.

Nazirlik rəsmisi vurğulayıb ki, sosial şəbəkələrdə saxta profillərin və yalançı şəxsiyyətlərin yaradılması kibercinayətkarların geniş istifadə etdiyi üsullardandır. Həmin saxta hesablar vasitəsilə vətəndaşlar aldadılır, müxtəlif cinayət əməlləri törədilir və xüsusilə uşaqlar risk qrupuna çevrilirlər.

Tarix
2026.06.19 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla