Yuxarı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Böyük Britaniya 39.9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları energetika sektoruna yönəldilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr edilmiş tədbirdə bildirib.

O əlavə edib ki, iki ölkə arasındakı münasibətlərdə energetika sahəsindəki əməkdaşlıq xüsusi yer tutur:

"1994-cü ildə BP ilə səmərəli tərəfdaşlığın əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması bu qarşılıqlı fəaliyyətin təməli olub. Son üç onillik ərzində bu əməkdaşlıq həm hər iki ölkə, həm də bütün region üçün əhəmiyyətli nəticələr verib".

Zeynalov əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" kimi iri layihələr qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

"Bu ayın əvvəlində AÇG yatağının dərin qatlarından təbii qaz hasilatının başlanmasına həsr olunmuş mərasim keçirilib. Bu, həmin yatağın inkişafında yeni tarixi mərhələdir. "Deep-gas" layihəsi Azərbaycanın qaz hasilatının və ixrac potensialının artırılması üçün strateji əhəmiyyətə malikdir. Layihə çərçivəsində işlənilən qaz ehtiyatları növbəti illərdə Azərbaycana gələcək xarici investisiyalar üçün zəmin yaradacaq", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq genişlənib "yaşıl" energetika və dekarbonizasiya sahəsində təşəbbüsləri əhatə edir. 2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündə olan "Şəfəq" günəş elektrik stansiyası, eləcə də bu layihənin Səngəçal terminalının dekarbonizasiyasına gələcək töhfəsi karbohidrogen və yaşıl energetikanın inteqrasiyasını əyani şəkildə nümayiş etdirəcək.

Zeynalov həmçinin vurğulayıb ki, energetika sektorundan əlavə, Böyük Britaniya ilə əməkdaşlıq ticarət, investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə edən çoxprofilli tərəfdaşlığa çevrilib.

Tarix
2026.06.19 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla