Yuxarı

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.

Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.

Təyinatdan əvvəl həmin müəssisədə direktor müavini vəzifəsində çalışan H.Əsgərli burada rəqəmsal transformasiya prosesinə, poçt və telekommunikasiya xidmətlərinin rəqəmsallaşdırılmasına, eləcə də süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi istiqamətində innovativ layihələrin hazırlanmasına və icrasına rəhbərlik edib.

H.Əsgərli əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində başlayıb və burada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində sektor müdiri, Naxçıvan Dövlət Universitetində isə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifələrində çalışıb.

Tarix
2026.07.15 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla