Yuxarı

Zakir Həsənov özbək həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov özbək həmkarı ilə görüşdü

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri general-polkovnik Kabul Berdiyevlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Z.Həsənov əvvəlcə iki xalq arasında arasında çoxəsrlik dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində əvəzsiz xidmətləri olmuş Prezident İslam Kərimovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini xüsusi qeyd edən nazir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır. Münaqişə ilə bağlı mövcud status-kvo isə qəbuledilməzdir.

Nazir K.Berdiyev də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. Özbəkistan naziri ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə Azərbaycanla Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Rəsmi səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.

Tarix
2016.10.05 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla