Yuxarı

Speys TV başçının sözü ilə müxbiri işdən qovub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Speys TV başçının sözü ilə müxbiri işdən qovub?

Bərdə rayon İcra Hakimiyyəti "Speys" televiziyasının əməkdaşı Gündüz Məmmədovun başçı Vidadi İsayevin sifarişi ilə işdən çıxarılması xəbərinə münasibət bildirib.

Qurumun Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri İlham Məmmədov Aznyus.az-a açıqlamasında bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur:

"Speys" müstəqil televiziyadır və onun rəhbərliyi var. Əgər kanal rəhbərliyi kimisə işdən çıxarıbsa, orada icra başçısısın rolu olmur. Rayon icra başçısının sözü ilə heç kimi işə götürmürlər ki, onun da sözü ilə işdən uzaqlaşdırsınlar".

İ. Məmmədov Gündüz Məmmədovun yaxşı kadr olduğunu deyib:

"Gündüz yaxşı oğlandır və eyni zamanda gözəl mütəxəsisdir. Özünə hörmət edən televiziya rayon icra başçısının əmri, ya da göstərişi ilə kimisə işdən çıxarmır".

Qeyd edək ki, Speys TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb. Jurnalist iddia edir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb.

Tarix
2016.10.06 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla