Yuxarı

ABŞ MKİ və Qərargah rəisinə FETÖ ittihamı – İstintaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ MKİ və Qərargah rəisinə FETÖ ittihamı – İstintaq

Türkiyəli vəkil Mərd Əryılmaz ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford, Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper və ABŞ Mərkəz Qüvvələri komandanı Cozef Volteldən İstanbulun Bakırkoy Prokurorluğuna şikayət edib.

Axar.az xəbər verir ki, vəkil adı sadalanan şəxslərin 15 iyul dövlət çevrilişində əli olduğunu iddia edərək məsuliyyətə cəlb olunmalarını tələb edib.

Şikayət məktubunda 15 iyul axşam saatlarında Malatyaya enən 8 yük təyyarəsinin içindən Türkiyə Silahlı Qüvvələrinin invertarında olmayan bombalar tapıldığı və bu təyyarələrin İncirlik hava bazasından göndərildiyi qeyd olunub.

"İncirlik bazasında xidmət edən çavuş Məhməd Əmrah Quzu ifadəsində bu sözlərə yer verib: "15 iyul axşam saatlarında general Bəkir Ərcan Van mənə zəng edərək yanına çağırdı. Saat 08:00-da komandirimlə birgə bazada ABŞ-a məxsus bir binanın qarşısına gəldik. General içəri daxil oldu. Biz 15-20 dəqiqə onu gözlədik". Bu onu göstərir ki, çevriliş İncirlik bazasından idarə olunub. FETÖ-cu xain hərbçilər ABŞ qüvvələri ilə əlbir olub. Təsadüfi deyil ki, İncirlik 10-cu Tanker baza komandiri Bəkir Ərcan Van çevriliş cəhdinin uğursuz olduğunu görüb ABŞ-dan siyasi sığınacaq istəmişdi", - vəkil qeyd edib.

Bakırköy Prokurorluğu şikayəti təmin edərək araşdırmaya başlayıb, materiallar İstanbul Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Cozef Dunford, Ceyms Klepper və Cozef Voltel istintaq materiallarında "şübhəli" olaraq yer alıb. Onlar "terror təşkilatını təbliğ etmə" maddəsi ilə günahlandırılır.

Tarix
2016.10.07 / 16:07
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla