Yuxarı

Dövlət Komitəsi seminar keçirir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsi seminar keçirir - Foto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar başlayıb.

Komitənin mətbuat xidmətində Axar.az-a bildiriblər ki, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak ediblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov çıxış edərək Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. O, Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb.

E.Nəcəfov dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri vurğulayıb. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlıq hüquqlarının müdafiə olunmasına dövlətimizin xüsusi fikir verməsini qeyd edib. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. Bildirilib ki, "İmamzadə" kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç çıxışında Büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.

Seminar Kristina Finçin moderatorluğu ilə müzakirələrlə davam edib.

Tarix
2016.10.10 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla