Yuxarı

ABŞ jurnalisti Azərbaycan reallığından yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ jurnalisti Azərbaycan reallığından yazdı - Foto

"Rekorderonline.com" internet portalında tanınmış amerikalı jurnalist Raul Kontrerasın Azərbaycandakı multikultural mühitdən, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamalarından bəhs edən məqalə yayılıb.

Axar.az xəbər verir ki, məqalənin müəllifi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olduğunu bildirib, Azərbaycanda müşahidə etdiyi multikulturalizmi, dini tolerantlığı xüsusi vurğulayıb.

Ölkəmizin tarixi haqqında məlumat verən müəllif yazır ki, hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl Azərbaycanda qadınlara səsvermə hüquq verilib. Müsəlmanların çoxluq təşkil etdiyi bu ölkədə yəhudilər, xristianlar dinc yanaşı yaşayırlar.

Müəllif, həmçinin Azərbaycana səfəri zamanı Quba şəhərində olduğunu, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdiyini yazaraq qeyd edir ki, orada ermənilərin və bolşeviklərin dini mənsubiyyətindən asılı olaraq, məqsədli şəkildə amansızcasına qətlə yetirdikləri minlərlə günahsız insan cəsədinin qalıqları var.

Məqalədə qeyd olunur ki, indi Azərbaycan 1918-ci ildə olduğundan da çox tolerantdır. "Siz Bakıda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da görə bilərsiniz. Azərbaycanda bir çox sahələrdə, o cümlədən hökumət qurumlarında çalışan yəhudilər var. Bir daha qeyd edirəm ki, Azərbaycan əhalisinin 95 faizi müsəlmanlardır", - deyə müəllif əlavə edib.

R. Kontreras, həmçinin V Bakı Beynəlxalq Humanitar Forumundan sonra Roma Papası Fransiskin Azərbaycana səfər etdiyini, paytaxtdakı kilsədə dini mərasim keçirdiyini yazır.

Tarix
2016.10.10 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla