Yuxarı

Erməni əsgəri öz zabiti öldürüb - Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni əsgəri öz zabiti öldürüb - Nazirlik

Müdafiə Nazirliyinin mətbuat xidməti işğal olunmuş Azərbaycan ərazilərində erməni əsgərin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün erməni saytlarında guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni əsgərinin həlak olması barədə yayılan xəbərlər uydurmadır və həqiqəti əks etdirmir.

"Tərəfimizdən əldə edilən məlumata əsasən, aşkar edilib ki, müqaviləli hərbi qulluqçu, 1989-cu il təvəllüdlü Sanasar Qriqoryan xidmət etdiyi hərbi hissədə zabit tərəfindən təzyiqlərə məruz qalıb. Erməni zabit əsgərdən rüşvət tələb etdikdə, S.Qriqoryan bu özbaşınalığa etiraz edib. Nəticədə onların arasında münaqişə baş verib. Münaqişə zəminində zabit atəş açaraq tabeliyində olan əsgəri qətlə yetirib. Ermənilər hadisəni ört-basdır etmək məqsədilə bunu Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərirlər.

Bir daha bildiririk ki, erməni əsgər düşmən ordusundakı özbaşınalıq, nizamnamədən kənar münasibətlər səbəbindən öldürülüb, zabitlərin rüşvətxorluğunun qurbanı olub. Bizdə faktla bağlı sübutlar mövcuddur", – deyə Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün erməni saytlarında işğal altında olan Azərbaycan ərazilərində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni əsgərinin ölməsi ilə bağlı xəbərlər yayılıb.

Tarix
2016.10.11 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla