Yuxarı

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Azərbaycanda gəlmə turizminin təşviqi məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, ümumvətəndaş pasportları əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi üçün zəruri dövlətdaxili prosedurlar həyata keçiriləcək.

Proqramın aralıq nəticəsi kimi 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Tədbirin icra müddəti 2026–2030-cu illəri əhatə edir.

Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar cəlb ediləcək.

Dövlət Proqramında viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi və elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması da nəzərdə tutulub. Çoxdəfəlik elektron vizaların verilməsi üçün “ASAN Viza” sistemi üzrə prosedurların və texniki imkanların yenilənməsi planlaşdırılır.

Bundan başqa, elektron viza rejiminin tətbiq ediləcəyi yeni ölkələrin siyahısının müəyyənləşdirilməsi, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək yeni ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması nəzərdə tutulur. Bu tədbirlərin 2026–2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Tarix
2026.08.20 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla