Yuxarı

Cavid Qurbanov yenilənən bazanın açılışında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov yenilənən bazanın açılışında - Foto

Azərbaycan Dəmir Yolları QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu haqda Axar.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nadir Əzməmmədov məlumat verib. O, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun da açılışda iştirak etdiyi bildirib.

Nadir Əzməmmədov qeyd edib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yeniləri tikilib. Yeni tikilən ikinci bazada isə ikisi 625 metr, biri 705 metr olmaqla, üç yol qəlibinin tikintisi də başa çatıb.

Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib.

Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunub-geyinmə otaqları, duşxanalar, gözətçi budkası istifadəyə verilib, yoldəyişən qurğuların yığılması üçün yeni meydança salınıb.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının formalaşması əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanıb və bu günə qədər həmin məqsədə xidmət göstərir.

Tarix
2016.10.13 / 12:22
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla