Yuxarı

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan məqalədə bildirilib.

"Bu şəraitdə bəzi ekspertlərin "Xəzər Ekspresi" adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur", - yazıda vurğulanıb.

Qeyd olunub ki, Xəzər dənizi həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə bilər:

"Bu şəraitdə prioritet müvafiq sənədin təsdiqini sürətləndirmək deyil, tədqiqatları və onun hərtərəfli nəzərdən keçirilməsini başa çatdırmaq olmalıdır. İran üçün Xəzər dənizinin əsas problemi təkcə onun sərəncamında nə qədər su və ya dəniz dibi sahəsinin olacağı məsələsi deyil, həm də ölkənin Xəzər dənizindən istifadə etməklə ticarət, tranzit və iqtisadi faydaların hansı hissəsini əldə edə biləcəyi məsələsidir".

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian hazırda Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yarandığını bildirib. Onun yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi dövlətlər arasında digər Xəzəryanı ölkə Türkmənistan da var.

Tarix
2026.08.29 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla