Yuxarı

Narkotiklərlə mübarizədə - 2628 fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotiklərlə mübarizədə - 2628 fakt

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2016-cı ilin doqquz ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatı açıqlayıb.

Dövlət Komissiyasının İşçi Qrupundan Axar.az-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib. Onlardan 667-si satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ünü isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kiloqram 680,957 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 21 min 482 çətənə kolu müsadirə olunub.

Həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kiloqram 47,989 qramı marixuana (27,5 faiz), 185 kiloqram 605,73 qramı tiryək (9,5 faiz), 1 ton 172 kiloqram 489,814 qramı heroin (60 faiz), 30 kiloqram 112,649 qramı həşiş (1,5 faiz), 34 kiloqram 863,637 qramı digərləri (1,5 faiz) və 561,138 qramı psixotrop maddələr (11848 ədəd həb) təşkil edib.

Həmçinin "Xaş-Xaş 2016" şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kiloqram 920,75 qram narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə ümumilikdə 1800 nəfər cəlb edilib. Məsuliyyətə cəlb edilən əcnəbilərdən 12-si İran, 4-ü Gürcüstan, 1-i Hindistan, 1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşları olub.

Tarix
2016.10.14 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla