Yuxarı

FHN Göyçayda iclas keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Göyçayda iclas keçirdi

Fövqəladə Hallar Nazirliyi tərəfindən mülki müdafiə hazırlığının təşkil olunması ilə bağlı rayon rəhbərliyinin və FHN-in qurumlarının birgə fəaliyyəti mövzusunda dəyirmi masa təşkil olunub.

Axar.az xəbər verir ki, Göyçay Regional Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi istiqamətində yerli mətbuat vasitələrinin rolu, mülki müdafiə hazırlığının təşkil olunması ilə bağlı rayon rəhbərliyinin və FHN-in qurumlarının birgə fəaliyyəti, rayonda fövqəladə hallara hazırlığın mövcud vəziyyəti və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər rayon üçün xarakterik olan təbii fəlakətlər, mövsümi hadisələr, bununla bağlı qabaqlayıcı tədbirlər və hadisə zamanı davranış qaydaları haqqında məlumatların mütəmadi olaraq əhalinin nəzərinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda FHN-in Aran Regional Mərkəzi tərəfindən iştirakçılara yaddaş kitabçaları və bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2016.10.14 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla