Yuxarı

Qarabağın həll açarı kimin əlindədir? - Taymtürk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın həll açarı kimin əlindədir? - Taymtürk

Azərbaycan ilə Ermənistan arasında konfliktə səbəb olan və xroniki hala gələn Dağlıq Qarabağ probleminin həlli yolu Türkiyədədirmi?

Axar.az xəbər verir ki, bu suala Türkiyənin "Taymtürk" xəbər portalının yazarı, analitik Məlahət Kamalın Dağlıq Qarabağ konflikti ilə bağlı qələmə aldığı məqalədə cavab axtarılıb. Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan-Ermənistan arasında ən böyük problem olaraq illərdir həllini gözləyir. Zaman-zaman qarşıdurmaların intensivləşdiyi regionda daimi sülhün bərqərar olması üçün bu konflikt beynəlxalq gündəmi zəbt edib.

Kerri: Liderlər hələ hazır deyil

ABŞ Dövlət katibi Con Kerri ötən həftə Vaşinqtonda keçirilən elmi konfransda çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub. Kerri Qarabağ probleminin həllinə dair ümidverici bəyanatla çıxış etməyib: "Müasir dünyada Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş konfliktlər var ki, onların həlli yolu görünmür, çünki liderlər buna hazır deyillər".

Azərbaycan: Kerrinin açıqlamaları təəcüblü və təəssüfedici...

Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "liderlər hələ hazır deyil" sözlərinə reaksiya verib. Kerrinin açıqlamasının təəccüblü və təəssüfedici olduğunu deyən Məmmədov "Deyək ki, tarixi Azərbaycan torpağı Qarabağla bağlı bəzi anlaşılmazlıqlar var. Bəs Qarabağ ətrafındakı 7 rayonun vəziyyəti necə olacaq? Əvvəlcə bu 7 rayon boşaldılmalıdır. Bunun üçün əsas vəzifə başda ABŞ olmaqla, üç həmsədr (ATƏT-in Minsk Qrupu) ölkənin üzərinə düşür. Ən azından bu 7 rayonun işğaldan azad edilməsi üçün bir mövqe nümayiş etdirib, sonra danışardılar. Təəssüf ki, bütün bunlar edilməyib və Azərbaycan tərəfi bu bəyanatları qəbul etmir", - bildirib.

Lavrov: Türkiyə Dağlıq Qarabağın həllində mühüm rol oynaya bilər

Lavrov mətbuata bu gün verdiyi bəyanatda Dağlıq Qarabağ probleminin həllində Türkiyənin müsbət rol oynayacağını söyləyib. Lavrov açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinə də toxunaraq "Türkiyə Dağlıq Qarabağ probleminin həll edilməsində müsbət rol oynaya bilər. Əgər Türkiyə və Ermənistan Qarabağ münaqişəsini şərt göstərməsələr və aralarındakı əlaqələri yenidən tətbiq etsələr bundan məmnun olarıq. Ancaq digər tərəfdən Qarabağ məsələsinin həll prosesinin Türkiyə-Ermənistan normallaşması üçün çox kritik olduğunu hiss edirik", - vurğulayıb.

Tarix
2016.10.14 / 23:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla