Yuxarı

Məhkəmə hakimləri korrupsiyaya görə cəzalandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə hakimləri korrupsiyaya görə cəzalandırıldı

Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Axar.az Şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay yüksək demokratik standartlar səviyyəsində keçirilmiş referendumun ölkəmizin gələcək inkişafı, insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib.

Konstitusiyaya dəyişikliklər haqqında Referendum Aktının böyük vətəndaş həmrəyliyi ilə qəbul edilməsinin dövlətimizin başçısı İlham Əliyevə olan yüksək inam və ümumxalq etimadının növbəti təzahürü olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinə də müsbət töhfə verəcək, o cümlədən hakimliyə namizədlərə dair yaş həddinin götürülməsi gənclərin məhkəmə hakimiyyətində daha geniş təmsil olunmasına şərait yaradacaq.

İclasda, həmçinin məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud vakansiyaların komplektləşdirilməsi üzrə tədbirlər müzakirə edilib, digər təşkilati məsələlərə baxılıb.

Eyni zamanda, hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.

Tarix
2016.10.17 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla