Yuxarı

Lüksemburq mediası da Bakıdan yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lüksemburq mediası da Bakıdan yazdı - Foto

Lüksemburqun www.jeudi.lu saytında V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, "Editpresse Luxembourg" portalının redaktoru Marina Nikls-Uşçekovanın "Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir" sərlövhəli məqaləsi yayılıb.

AzərTac xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumunun açılışındakı nitqindən sitatlar gətirən müəllif tədbirin əhəmiyyəti haqqında məlumat verir. Bildirir ki, Prezident Humanitar Forumun artıq beşinci dəfə keçirildiyini və dünyada humanitar məsələlərin müzakirə edilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Dövlət başçısı İlham Əliyev Forumun beynəlxalq dialoqun dəstəklənməsində əsl platformaya çevrildiyini, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi sülh, dostluq şəraitində yaşadığını vurğulayıb.

Müəllif yazır ki, nitqində Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə Ermənistanın riayət etməməsinə bir çox dünya ölkələrinin rəhbərlərinin susmasının narahatlıq doğurduğunu vurğulayıb.

Məqalədə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyi qeyd olunur. Multikulturalizmin, multikonfessionallığın ölkəmizdə həyat tərzi olduğu diqqətə çatdırılır.

Lüksemburqlu redaktor V Bakı Humanitar Forumunda müxtəlif ölkələrin rəsmi şəxslərinin, eləcə də Avropa Şurasının, Avropa İttifaqının, UNESCO, ISESCO və digər beynəlxalq təşkilatların nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, dini konfessiyaların rəhbərlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiklərini bildirib.

Məqalədə Roma Papası Fransiskin ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən də bəhs edilir.

Tarix
2016.10.19 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla