12:02
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il
30 sentyabr tarixli 315 VQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli
Konstitusiya Qanununun tətbiqi və "Normativ hüquqi aktlar haqqında"
Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral
tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Normativ hüquqi aktlar haqqında"
Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin
Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etmək,
ləğv edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin normativ hüquqi aktlarına və Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi
Xidmətinin normativ xarakterli aktlarına münasibətdə "Normativ
hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri
əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması
ilə əlaqədar müvafiq səlahiyyət bölgüsündən irəli gələn Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin normativ hüquqi aktlarının,
Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ
xarakterli aktlarının qəbulu üzrə fəaliyyətini əlaqələndirmək,
hüquqi tənzimləmədə ziddiyyətlərin və boşluqların yaranmaması
məqsədi ilə, eyni məsələ üzrə bu Fərmanın 1.5-ci və 1.6-cı
bəndlərinə uyğun olaraq qəbul ediləcək hüquqi aktların eyni gündən
qüvvəyə minməsi üçün zəruri tədbirlər görsün.
Fərmanda qeyd olunub ki, "Normativ hüquqi aktlar haqqında"
Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral
tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 1.3.4-1-ci yarımbənd əlavə edilsin:
"1.3.4-1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul
edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla müəyyən etsin;";
2.2. 4.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3-cü bənd əlavə
edilsin:
"4.3. həmin Konstitusiya Qanununun 4.1.3-cü və 80.0.2.3-cü
maddələrində "maliyyə bazarlarının tənzimləyicisi" dedikdə,
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə
tutulur.";
2.3. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
"6. Azərbaycan Respublikasının dövlət dilində hüquqi aktlar
rəsmi qəzetlərdə aşağıdakı qaydada dərc olunur:
6.1. Azərbaycan Respublikasının Konstitusiyası, referendumda
qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının Konstitusiya
qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları – "Azərbaycan" və
"Xalq qəzeti" qəzetlərində;
6.2. Azərbaycan Respublikasının qanunları və onların tətbiqi ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları
– "Azərbaycan" qəzetində;
6.3. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmayan
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları,
habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları –
"Xalq qəzeti" qəzetində.".
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Normativ hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycanın bir qrup energetikinə "Əməkdar mühəndis" fəxri adının
verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda energetika sahəsinin inkişafında
xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı
verilib:
Bədəlov Akim Bədəl oğlu
Xammədov Azər Məbul oğlu
Rəsulov Tofiq İman oğlu.
18:41
İlham Əliyev M.M.Məhərrəmovun "Tərəqqi" medalı ilə
təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli
səmərəli fəaliyyətinə görə Məhərrəm Məmmədəli oğlu Məhərrəmov
"Tərəqqi" medalı ilə təltif edilsin.
***
İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi"
medalı ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə
aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Ağayev Mayıl Ürfət oğlu
Cabbarov Bayram İsmayıl oğlu
Cəfərov Elbrus Əkbər oğlu
Cəfərov Hamlet İsmayıl oğlu
Cəlilov Xəlil Kamil oğlu
Əhmədov İmran Əjdər oğlu
Əliyev İlqar Yusif oğlu
Əzizov Yusif Miri oğlu
Həsənov Nəbi Həsən oğlu
Xəlilov Həsən Aydın oğlu
Xəlilov Sahib Hacıbala oğlu
Xudaverdiyev Elşən Xudaverdi oğlu
İsmayılov Asəf Allahverdi oğlu
İsmayılov Sahid Səməd oğlu
Quliyev Nizamət Möhübbət oğlu
Quliyeva Elmira Abbasəli qızı
Məmmədli Rəfayil Xanqulu oğlu
Məmmədov Abbas Mənaf oğlu
Məmmədov Dəyanət Nəcəf oğlu
Məmmədov Rasim Rafiq oğlu
Rəhimova Kamilə Kamil qızı
Seyidova Lyudmila Sergeyevna
Səfiyev Həsən Həmid oğlu
Sərxanbəyov Cəmaləddin Yusif oğlu.