2014-cü ildə İtaliya polisi Rövşən Lənkəranski barədə
axtarış elan edəndən sonra o, bir müddət Frenk El Kapone kimi
tanınan Fizuli Məmmədovun Milandakı və Berqamodakı vilallarında
gizlənib. O, dostu, çeçen qanuni oğru Həmzat Qastamirovla birgə
olub.
Bu məlumat Axar.az-a etibarlı mənbədən daxil olub. Mənbənin
dediyinə görə, Fizuli Məmmədovun əslən Salernodan olan mafioz
Mateto Messina Denarolya da əlaqələri olub. Neçə vaxtdır axtarışda
olan Denaroyla onu Provenzano ailəsi bağlayır. Məhz bu ailəylə
Frenkin ortaq biznesinin də olduğu deyilir.
Elə Rövşənin otellərin alınmasında vasitəçi də məhz Frenk olub.
Sonra onu İsveçrəyə qaçıra bilib. İsveçrədən isə o, Bülənt
Bafralının köməyilə Almaniya keçib və daha sonra saxta pasportla
Türkiyəyə gələ bilib.
Xatırladaq ki, İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə
yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki
əmlaklarıyla bağlı araşdırmaya başlayıb. Lent.az-ın məlumatına görə, polis Lənkəranskiyə
aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət
bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində
yerləşən "Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otelləri
Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu
otellərə üst-üstə 101 milyon avro pul ödəyib.
Məlumata görə, "Covo dei Saraceni" oteli Lənkəranskinin kriminal
aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun
xanımının, ikinci oteli isə Rövşənin yaxın qohumlarından birinin
adına keçirib.
2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində
beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən
otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha
dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.
Həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb,
rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri
saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa
verilmişdi.
Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir.
Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və
onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.
Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində
türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən
Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir
məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan
türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə
nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə,
belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.
Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina
Denaro (ləqəbi "Dyabolik") və Bernardo Provenzano da Şeyxə dəstək
verəcəklərini bildiriblər.