Yuxarı

Şəhidindən danışarkən ağladı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidindən danışarkən ağladı...

İki il əvvəl TRT AVAZ kanalında yayımlanan bir proqram qrupunu çəkiliş üçün Bakıya aparmışdım. Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə bağlı bir veriliş olacaqdı. Xalqına, tarixinə, ölkəsinə, əsgərinə, şəhidinə, dövlətinə sahib çıxan, türkçülük ideologiyasını gənclərə aşılayan bir qadınla tanış oldum. Əslində, adını çox daha əvvəl eşitmişdim.

Axar.az İnterpress.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə jurnalist kimi fəaliyyət göstərən Yeganə Quliyeva Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı haqqında deyib. O, Tənzilə Rüstəmxanlının vətəninə, torpağına bağlı biri olduğunu bu sözlərlə izah edib:

"Bakıda Şəhidlər Xiyabanında həmin xanımdan bir reportaj alındı. Reportajda Azərbaycanın, Osmanlı ordusunun tarix boyu məruz qaldığı çətinlikləri, müharibələri və əlbəttə, ermənilərin törətdiyi soyqırımı titrəyən səsi ilə danışırdı. Haqqında danışdığı hadisələrin sanki içində idi, o an yaşayırdı. Gözləri dolmuş, ağlamamaq üçün özünü saxlamışdı. O qədər dərin duyğularla danışırdı ki, o zaman mən kənardan onu dinləyərək ağlamışdım. Təbii ki, haqqında danışdığı dövrü özüm yaşamış olsam da, sanki ermənilərin törətdiyi soyqırımı çox yaxından izləmiş və yaşamış uşaqlardan biri idim. Ağlamağımın səbəblərindən biridə təsiredici nitqlə yanaşı, həmin tarixi xatırlamağım idi. O gün bu duyğuları mənə yaşadan Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı idi.

Bir neçə gün əvvəl İstanbulda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə onunla bir daha qarşılaşdım. O təsiredici nitqi bir daha dinlədim və əsgərindən, şəhidindən danışarkən göz yaşlarını sildiyinin şahidi oldum. Konfrans Türkiyə və Azərbaycanın dövlət himni ilə açıq elan olundu. Türkiyənin İstiqlal marşı səslənərkən hamımız bir ağızdan oxuduğumuz halda, Azərbaycanın dövlət himni çalınanda sadəcə zaldakı azərbaycanlılar oxudu. Bu vəziyyət hər zaman mənim diqqətimə çəkir və çox pis oluram. Nə xoşdur ki, bu hal Tənzilə xanımın da diqqətindən qaçmadı və bunu dilə gətirdi, duyğularımı bir daha qabartmağa nail oldu. Ümid edirəm ki, gün gələr Tənzilə xanımın dediyi kimi, biz necə Türkiyənin İstiqlal marşını bir ağızdan, dərin duyğularla oxuyuruqsa, Türkiyə xalqı da eyni bizim kimi Azərbaycanın Dövlət Himnini oxuyar. Ölkəsinə, tarixinə bağlı duyğularla yaşayan bu gözəl ürəkli qadını ürəkdən təbrik edirəm".

Tarix
2016.10.19 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla