Yuxarı

İspaniya mediası Bakının uğurundan yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya mediası Bakının uğurundan yazdı - Foto

Oktyabrın 19-da İspaniyanın çoxtirajlı "La Razon" qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən "Azərbaycan Qafqazın dinamik inkişaf edən ölkəsidir" bağlıqlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, jurnalist Eduardo Quayluponun yazısında Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi gündən bəri keçdiyi dövr əhatə edilir.

Məqalədə deyilir: "Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə Prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağla bağlı Ermənistanla olan gərginliyi vurğulayaraq, Avropanın enerji təhlükəsizliyi məsələsini də qeyd edib.

Azərbaycan Respublikası öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edib. 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti ölkənin müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu sənədin qəbulu və onunla bağlı keçirilmiş referendum nəticəsində 71 il ərzində Sovet İttifaqının tərkibində olan Azərbaycan öz dövlət suverenliyini əldə edib.

İlk zamanlarda ölkə öz müstəqillik dövrünü xarici və daxili siyasətdə hökm sürən böhranla başlayıb. Etnik təcavüz və təmizləmə nəticəsində Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Azərbaycan tarixinin yeni mərhələsi məhz 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi andan etibarən başlayıb.

1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması haqqında Saziş imzalanıb, həmin il ölkənin neft yataqlarının istismara verilməsi ilə neft sənayesinin inkişafında həlledici rol oynayan "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan tarixi İpək Yolunun bərpasında xüsusi səylər göstərib və məhz bu səbəbdən 1998-ci ildə Avropa ilə Asiya arasında qitələrarası körpü rolunu oynayan Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə çoxtərəfli Saziş (TRASECA) imzalanıb. Siyasi sabitlik, iqtisadi islahatlar, həmçinin multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq kimi dəyərlərin təşviqi - bütün bunlar ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Avropa enerji təhlükəsizliyinə töhfə verən layihələrin həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı, islahatların həyata keçirilməsi və sərmayələrin təşviqinə yönələn münbit şəraitin yaradılması müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb.

Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin davam etdirilməsi nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqaz regionunda iqtisadi inkişaf baxımından dinamik bir ölkəyə çevrilib".

Tarix
2016.10.19 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla